XİN: Bütün erməni silahlı birləşmələri ərazimizdən dərhal çıxarılmalıdır

saytların hazırlanması

Evə çatdırılma

XİN: Bütün erməni silahlı birləşmələri ərazimizdən dərhal çıxarılmalıdır

Siyasət

13 İyun 2023 17:46 613


Hazırda Ermənistan tərəfinin post-münaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 13 iyun tarixli bəyanatına dair şərhində bildirilib.

“Bununla yanaşı, beynəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmayaraq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir.

Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azərbaycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələri Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır”, - deyə bəyanatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!