Xızıdan mərmi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xızıdan mərmi tapıldı

Kriminal

29 Yanvar 2019 00:40 1121


Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, xüsusi mobil çevik əməliyyat qrupu və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və  Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "Giləzi Quşçuluq fabriki"-nin yaxınlığına baxış keçirib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) 100 mm-lik top mərmisi (BK-3)  aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!