Xocavəndə icazəsiz keçmək istəyənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xocavəndə icazəsiz keçmək istəyənlər saxlanıldı

Sosial

18 Oktyabr 2021 10:18 612


Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, oktyabr ayının 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi “Kamaz” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.

Yoxlama zamanı A.Abdullayevin sərnişinləri – Göygöl rayon sakini Qürbət Qocayev və Orxan Paşayev ilə birgə müvafiq icazələri olmadan rayon ərazisinə daxil olduqları müəyyən edilib. pizza mizza

Həmçinin avtomobilin yük yerinə baxış zamanı əlvan metallar da aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!