“Xülyalar bitdi, “dqr” yoxdur, adını çəkməyin!”

saytların hazırlanması

Evə çatdırılma

“Xülyalar bitdi, “dqr” yoxdur, adını çəkməyin!”

Rəsmi

11 Fevral 2021 08:21 812


Artıq nə Ermənistan hökuməti, nə də Ermənistan ordusu Qarabağda nəyəsə təsir edə biləcək. Ermənistandan olan müddətli hərbi qulluqçuların Qarabağa göndərilməməsi barədə xəbərlər buna əyani sübutdur.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti döyüş meydanında total məğlubiyyətdən sonra hələ də “arsax”la bağlı xülyalar qururdu: pizza

“Bəzi ermənilər hesab edirdilər ki, guya onlar “artsax”ın tamamilə yox olmasına imkan vermədilər: “Bax, budur o”, “Baxın, orada tədbirlər keçirilir”, “Məsələn, dünən orada Nikol Paşinyan və Araik Arutyunyanın iştirakı ilə müşavirə keçirildi. Görürsünüzmü?”

Əslində bu, heç nədir! “Artsax”dan yalnız Araik və onun dostlarının yığışdığı kiçik bir ofis qalıb. Burada sərt reallığı yumşaltmağa çalışmaq lazım deyil, çünki bundan heç nə dəyişməyəcək.

Qısası, Ermənistan artıq “dqr”in təhlükəsizliyinin qarantı deyil, sonuncusu isə artıq Ermənistanın bir hissəsi deyil. Üstəlik, “dqr”in özü də yoxdur. Müəyyən mənbələrin məlumatına əsasən deyə bilərəm ki, yaxın vaxtlarda “dqr” adını belə çəkməyə icazə verilməyəcək”. /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!