Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər”

saytların hazırlanması

Evə çatdırılma

Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər”

Şou

15 Noyabr 2023 16:54 896


Müğənni Xuraman Şuşalı açıqlaması ilə gündəmə gəlib. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində iştirak etdiyi bəzi qadın məclislərində xanımlar alkoqol içdiyini bildirib. 

“İslam dini deyir ki, icki məclislərinə getmək haramdır. İçki və içki məclislərinə xidmət etmək haramdır. Məsələn, 10 il bundan əvvəl 5000 manata toylara gedirdim. İslama gəldikdən sonra, başımı bağladım və içki məclislərinə deyil, yalnız qadın məclislərinə yarı qiymətə getməyə başladım. Sezar pizza

Lakin indi bütün xanım məclislərinə, bura aid edə bilmərəm, amma bəzi məclislərdə xanımlar içki içirlər. Onda mən 5000 deyil, yarı qiymətə 2500 manata içki məclisinə xidmət edirəm?” – deyə Xuraman vurğulayıb. 

İlahiyyatçı Elşad Miri isə Xuramanın bu sualına “Məni bu verilişə dəvət ediblər. Mən də gəlmişəm. Burada da kimsə içki içdi, mən günahamı girəcəyəm? Təbii ki, yox”, - deyə cavabını verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!