Xuramandan 8 Mart mesajı: “Bu bayramı özəl qeyd etmirəm“

saytların hazırlanması

Evə çatdırılma

Xuramandan 8 Mart mesajı: “Bu bayramı özəl qeyd etmirəm“

Şou

07 Mart 2022 12:11 561


8 Mart - Beynəlxalq Qadınlar Günü. Bu bayram bir çoxları üçün adi gün, bəziləri üçün isə “sınaq dövrü”dür. Yarızarafat-yarıciddi bu günü “kişilərin qara bayramı” adlandıranlar da az deyil. 

Bir neçə gün öncə müğənni  Nura Surinin sosial şəbəkədə bayramlarda yazılan şablon ismarıclara üsyan etməsi, “quru təbrik” istəmədiyini deməsi müzakirələrə səbəb oldu. İfaçının “Kişilər 1 dəstə gül belə qıymırsa, adi mesajla şəxsən məni təbrik etməsin”- deməsi ilə onu tənqid edənlər də ortaya çıxdı. 

Bəs görəsən, bayram günü hədiyyə verilməsi mütləqdirmi? pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı qeyd edib ki, hədiyyənin bahalısı, ucuzu olmaz. Səmimi, ürəkdən, sevgi ilə verilən kiçik bir hədiyyə, göstərişlə verilən bahalıdan qat-qat dəyərli və qiymətlidir:

“Dəliyə gündə bayramdır (gülür). Mən bu bayramı o qədər də özəl qeyd etmirəm, amma dövlətimizdə rəsmi olaraq bayram günü sayıldığına görə, hamı kimi mən də qeyd edirəm. Kimsə hədiyyə versə, əlbəttə ki, qəbul edəcəyik. Özümüz də müəllimlərə, yaxınlara hədiyyə edəcəyik. Hədiyyə vermək də, almaq da gözəldir. Hədiyyə bir insanın könlünü alır, sevindirir. Hədiyyənin böyüyü, kiçiyi olmaz. Bu fərq etməz, əsas olan diqqətdir deyə düşünürəm. Burda nə var ki? Olan yerdə hədiyyə vermək olar, olmasa da qarşı tərəfi anlamaq olar”. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!