Yadplanetlilərin yerə səfəri haqda yeni iddialar – Bu sirr açılmır
14 Yan 2020 08:29
342

Yadplanetlilərin yerə səfəri haqda yeni iddialar – Bu sirr açılmır

Bu günlərdə UNO üzrə mütəxəssislər “gəlmələrin” Yerə səfərləri ilə bağlı yeni iddia ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, UNO-ların Yerə səfərləri bu sahə ilə məşğul olan əksər mütəxəssislər tərəfindən qəbul edilsə də, onların böyük zaman səddini yararaq  yer planetinə necə gəlib-getdiyi, hələ də izah edilməsi mümkün olmayan ən başlıca problem hesab edilir. Belə ki, mütəxəsislərin əksəriyyətinin qənaətincə, hətta UNO-lar işıq sürətinə bərabər bir sürətlə hərəkət etsələr belə, yenə də bu sürət hər hansı bir ulduzdan yer kürəsinə gəlmək üçün kifayət qədər böyük zaman tələb edilir.

Bu müddət və məsafə uzaqlığı fonunda isə Yerə ən yaxın ulduzdan belə planetimizə hansısa canlının gəlməsi mümkün hesab edilmir. Mütəxəssislər iddia edir ki, bu yolçuluğa hər hansı bir bioloji formanın davam gətirməsi mümkünsüzdür. Bu isə o deməkdir ki, UNO-ların Yerə səfərlərini onların kosmik gəmilərinin sürəti ilə izah etmək doğru deyil.

Mütəxəsislərin fikrincə, bu səfərləri mümkün edən amil heç də sürət yox, tamam başqa faktordur. Lakin bu başqa faktorun konkret nə olduğu hələ də sirr olaraq qalır. Bir sıra amillər hesab edir ki, “gəlmələr” hansısa formada “zamanla manipulyasiya” edirlər və məhz bu səbəblə Yerə belə asanlıqla gəlib-getməyə nail olurlar.

Xatırladaq ki, işıq sürətinə bərabər və ya ona yaxın sürətlə hərəkət edən kosmik gəminin mövcudluğu yalnız nəzəriyyələrə istinad edir. İşıq sürətindən daha böyük sürətlə hərəkət etməyin mümkünlüyünü isə elm birmənalı şəkildə rədd etməkdədir./Moderator.az

 

Oxşar xəbərlər