Əməkdar artist Bəhram Bağırzadə həmkarı Rafael İskəndərovla bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, keçmiş kurs yoldaşının istedadından söz açıb.
B.Bağırzadənin sözlərinə görə, Rafael İskəndərov 1991-ci ildə “Bakılı oğlanlar” KVN komandasına qoşulmaqdan imtina edib: pizza sifarişi
“Onun şəxsində komediya istedadı, dramatik aktyorluq qabiliyyəti və əsl insani dərinlik heyrətamiz şəkildə bir araya gəlib. Təəssüf ki, onun yanında layiqli ssenari yazacaq və ekran üçün güclü rol yaradacaq peşəkar rejissorlar və müəlliflər olmadı. Rafael necə möhtəşəm rollar oynaya bilərdi! Çünki o əsl istedaddır”.
Aydan Hacı
Telegram kanalımız