Yanvar üzrə bütün sosial ödənişlər başa çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Yanvar üzrə bütün sosial ödənişlər başa çatdırıldı

Sosial

28 Yanvar 2022 20:58 785


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün yanvar ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənililib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. pizza

Beləliklə, yanvar ayına dair bütün sosial ödənişlər yekunlaşdırılıb.

Qeyd edək ki, yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, yanvarın 14-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyaların ödənişi başa çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!