Yanvarın 1-dən reseptdə dərmanların tərkibi yazılacaq

saytların hazırlanması

Evə çatdırılma

Yanvarın 1-dən reseptdə dərmanların tərkibi yazılacaq

Sosial

31 Dekabr 2023 14:32 658


Reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilib. 

Medicina.az xəbər verir ki, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib.

Qanuna əsasən, təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddənin adının) olmadığı hallarda (üç və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) reseptdə latın əlifbasında əmtəə nişanı adı yazılır. Sezar pizza

Reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ingilis dilində, təsiredici maddənin dozası, dərman vasitəsinin farmasevtik forması və dərman vasitəsinin istifadə qaydaları isə Azərbaycan dilində yazılır.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!