Yaponiya koronavirus əleyhinə dərmanı dünya ölkələrinə pulsuz paylayacaq
04 Apr 2020 20:29
431

Yaponiya koronavirus əleyhinə dərmanı dünya ölkələrinə pulsuz paylayacaq

Yaponiya koronavirus infeksiyasının müalicəsinə yaxşı təsir edən "Avgina "dərmanını yeni növ koronavirus (COVİD-19) infeksiyasının müalicəsi üçün istəyən ölkələrə pulsuz verəcək.

Yenisabah.az xəbər verir ki, Yaponiya  "Avigan” preparatını  dünya ölkələrinə yardım kimi paylayacaq.

 Bu barədə  məlumat verən Yaponiya hökumətinin sözçüsü  Suga Yoşihide  keçirdiyi mətbut konfransında  bildirib ki, hazırda 30 ölkə Yaponiyaya  dərman  yardımı üçün müraciət edib. Onun sözlərinə görə, Yapon firmasının  qrip əleyhinə istehsal etdiyi "Avigan” dərmanı hazırda   koronavirusla müalicədə təsirlərini öyrənmək məqsədi ilə klinik testlərdən keçirilir.   Dərman Yaponiyada və Çində təcrübədən çıxıb və öz müsbət nəticəsini verib.

Yapon hökumətinin rəsmisi əlavə edib ki,  bu dərmanlar  müraciət edən ölkələrə pulsuz və tələbləri səviyyəsində yardım kimi veriləcək.  /Ölkə.az

Oxşar xəbərlər