Yaponiyada leysan yağışları səbəbindən ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada leysan yağışları səbəbindən ölənlərin sayı artdı

Dünya

16 Avqust 2026 14:58 36


Yaponiyanın Tiba prefekturasında baş verən şiddətli leysan yağışları nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

"Yeni Sabah" xəbər verir ki, qurbanların siyahısına evində dəm qazından zəhərlənərək vəfat edən gənc kişi də əlavə olunub.

O, leysanlar səbəbindən elektrik enerjisinin kəsilməsinə görə, həddindən artıq isti hava şəraitində kondisioneri söndürməmək üçün işlək generatorun yanında yatmağa məcbur olub. pizza hut

Eyni zamanda, həlak olanların böyük bir hissəsi leysan zamanı su altında qalmış və bloklanmış avtomobillərində boğulan şəxslərdir. Hazırda Böyük Tokio zonasına daxil olan Tiba prefekturasının yollarında xarab olmuş və sahibləri tərəfindən tərk edilmiş 1 200-dən çox avtomobil qalmaqdadır.

Güclü leysan yağışları avqustun 13-də və 14-də yağaraq bəzi yerlərdə 350 mm-dək yağıntı düşməsinə səbəb olub ki, bu da aylıq normadan üç dəfə çoxdur. 1 100-dən çox ev su altında qalıb. Təbii fəlakətin tüğyan etdiyi vaxtda 7 000-dən çox yerli sakin evlərini tərk edərək idman zallarında və ictimai binalarda təcili təşkil olunmuş təxliyə məntəqələrində sığınacaq tapıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!