Yaponiyada zəlzələ qurbanlarına təyyarə qəzası qurbanları əlavə olundu

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada zəlzələ qurbanlarına təyyarə qəzası qurbanları əlavə olundu

Dünya

02 Yanvar 2024 18:35 988


Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 50 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

Bundan başqa, Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsinin Tokionun Haneda hava limanına enərkən toqquşub. DHC-8 hərbi-nəqliyyat təyyarəsinin 6 ekipaj üzvündən beşi həlak olub.

DHC-8 pilotunun vəziyyəti ağırdır. Təyyarə ölkənin zəlzələdən zərər çəkmiş rayonlarına humanitar yardım çatdırmaq üçün uçmağa hazırlaşırdı.

Sapporo şəhərindən Tokioya uçan JAL təyyarəsində olan 367 sərnişindən heç biri xəsarət almayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!