Yapon dənizi sahilində, Noto yarımadası yaxınlığında baş verən güclü zəlzələlər nəticəsində qurbanların sayı 238 nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, insanların əksəriyyəti əşyaların altında əzilmədən, boğulma və s. səbəblərdən dünyasını dəyişib. Qurbanların 73%-i 60 yaşdan yuxarı insanlardır.
Xatırladaq ki, yanvarın 1-dən Yaponiyada 1,2 mindən çox zəlzələ baş verib. Bu, son 3,5 ildə ölkədə qeydə alınan təkanların ümumi sayından çoxdur. Təbii fəlakət nəticəsində təkcə bu il qurbanların sayı 1,1 mini keçib, 38,6 minə yaxın ev tamamilə və ya qismən dağılıb.
Telegram kanalımız