Nara şəhərində çıxışı zamanı naməlum şəxs Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açıb.
Yenisabah.az “Japan Times”a istinadla xəbər verir ki, Yaponiyanın müharibədən sonrakı tarixinin ən nüfuzlu liderlərindən biri sinəsindən güllə yarası alıb. O, xəstəxanaya aparılarkən huşsuz vəziyyətdə olub. Polis Abeyə hücum etməkdə şübhəli bilinən şəxsi həbs edib.
Atışmanın şahidi olan lisey şagirdləri NHK telekanalına bildiriblər ki, bir nəfər arxadan yaxınlaşaraq 2 dəfə atəş açıb. Toyuqlu pizza
Keçmiş baş nazir hücumdan sonra heç bir həyat əlaməti göstərməyib.
67 yaşlı Abe 2006-2007-ci illərdə və yenidən 2012-2020-ci illərdə vəzifədə olan Yaponiyanın ən uzunmüddətli baş naziri olub. O, 2020-ci ildə səhhətində yaranan problemləri əsas gətirərək vəzifəsindən getdi və yerini öz varisi Yoşihide Suqaya verib.
Telegram kanalımız