Yaponiyanın şimal-şərqindəki Aomori şəhərində qardan elektrik enerjisi istehsal etməklə bağlı tədqiqatlara başlanılıb.
Yenisabah.az “Kyodo”ya istinadla xəbər verir ki, şəhər rəsmisi açıqlamasında deyib ki, qar problem olaraq görülür, lakin şəhər meriyası onu faydalı istifadəyə çevirə bilər.
Tokiodakı Elektro-Rabitə Universiteti və yerli İT firması “Forte Co.”artıq mənfəətdən istifadə edərək enerji istehsalı üçün işlərə başlayıb. pizza
Bu kontekstdə istismar olunmayan ibtidai məktəbin hovuzunda yığılan qarla ətrafdakı hava arasındakı temperatur fərqindən istifadə edilərək, elektrik enerjisi istehsalının mümkünlüyü araşdırılıb.
Qarla soyudulmuş mayenin buxarlanmasından elektrik enerjisi yaranacaq. Turbin ətrafdakı havanın istiliyi ilə yığılmış qarla soyudulmuş mayenin buxarlanması nəticəsində yaranan enerji ilə hərəkətə gətiriləcək. Layihə çərçivəsində yığılmış qarı soyuq saxlamaq üçün hovuza izolyasiya materialları yerləşdirilib.
Telegram kanalımız