Məşhur aktrisa Gökçe Bahadır sosial mediada paylaşımı ilə izləyicilərinin diqqətini çəkib.
Yenisabah.az xəbər verir ki, aktrisa həyat yoldaşı, musiqiçi Emir Ersoy ilə evliliklərinin üçüncü ildönümünü qeyd edib. Cütlük bu xoş günü unudulmaz etmək üçün toy şəkillərini paylaşaraq bir-birinə sevgi dolu sözlər ünvanlayıb.
Emir Ersoy paylaşımında "3 il göz açıb bağlayana qədər keçdi, mənim şirin sevgilim" sözlərini yazaraq duyğularını ifadə edib. Gökçe Bahadır isə bu məqamı "Zaman çox sürətli keçir" sözləri ilə vurğulayıb. Dördpendirli pizza
Xatırladaq ki, cütlük 2022-ci ildə İzmirdə, 60 nəfərlik kiçik və səmimi bir nikah mərasimi ilə ailə həyatı qurub. Gökçe Bahadır xüsusilə "Yaprak Dökümü" serialındakı rolu ilə geniş tanınıb.
Telegram kanalımız