“Yaqut ona hər gün pul verirdi” - Öldürülən müğənninin anası - Video

saytların hazırlanması

Evə çatdırılma

“Yaqut ona hər gün pul verirdi” - Öldürülən müğənninin anası - Video

Şou

19 Oktyabr 2023 10:10 604


“Heç yerdə işləmirdi. Qız ona ərə gedəndə, evimizdə 1 ay söz-söhbət oldu. O qədər yalanlar demişdi ki... Xalaoğludur, işi-gücü, hər yerdə evi-eşiyi... Gedən gündən xoş günü olmadı. "Ayrıl", - dedik, "ortalıqda uşaq var", - dedi”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Günə son” verilişində qətlə yetirilən müğənni Yaqut Nərimanın anası deyib. 

“O evi biz almışıq. Gəlib hazır evdə oturub. Yaqut ona maşın da aldı. Dedi, taksi sürücüsü kimi işlə, övladın var. Hansı gün Yaqut ona pul verirdi, günü xoş olurdu. Pul verməyəndə bütün kuklaları doğrayıb eyvandan çölə tökürdü. pizza sifarişi

3 dəfə evə polis çağırıb. 30 min pul istəyib. Yaqut o qədər pulu niyə verməlidir? Bıçağı atıb buna. Şah damarına dəyib və partlayıb. Bir də atıb və başında əməliyyat olunan yerə dəyib.

Uşağımı doğmalarım, nəslim-köküm öldürdü”, – deyə mərhum ifaçının anası vurğulayıb. 

Qətl hadisəsi ilə bağlı Y.Nərimanın atası da danışıb:

"Qızım deyirdi ki, ata, onu evə qeydiyyata sal. Razı olmurdum. Vaxt gələr, görərsən atan uzaqgörəndir dedim. O qədər danışırdı, ard-arda siqaret çəkirdi. Gördüm başım fırlanır. Onun da gözləri qızarmışdı. Bildim ki, çəkir. Yoldaşıma da dedim ki, bunun həyatı pozulub, atası kimi olacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!