Yarım milyon erməni aclıqdan əziyyət çəkir -   BMT-nin qorxunc statistikası

saytların hazırlanması

Evə çatdırılma

Yarım milyon erməni aclıqdan əziyyət çəkir - BMT-nin qorxunc statistikası

Rəsmi

23 Oktyabr 2022 10:51 1081


Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə statistik məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının "Aclıq xəritəsi"ndə yer alıb.

Ermənistanda 500 min insan qida çatışmazlığı ilə üzləşib.

Hazırda Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir. Eyni zamanda, qeyd edilir ki, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 10 min nəfər artıb.

Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qida çatışmazlığından əziyyət çəkir.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!