Yasamalda ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Kriminal

25 Aprel 2025 17:15 424


Sosial şəbəkədə Bakının Yasamal rayonu ərazisində bir qadının 14 yaşlı qızını pul qarşılığında digər şəxslərlə görüşdürməsi barədə iddialar yayılıb.

Həmin qadının övladını yaşına uyğun olmayan şəkildə geyindirdiyi, makiyaj edərək küçələrdə müxtəlif əməllərə məcbur etdiyi və 500 manat müqabilində intim xidmətə vadar etdiyi bildirilib.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yayılmış iddialarla əlaqədar polis əməkdaşları tərəfindən araşdırma aparılıb və hər iki şəxs müvafiq polis orqanına gətirilib. Azyaşlı qızın izahatı alınıb, sosial şəbəkədə qeyd olunan məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib. Həmçinin ana da yayılan görüntülərin 3 il bundan əvvəl keçmiş həyat yoldaşı tərəfindən çəkildiyini söyləyib. Sezar pizza

Hazırda azyaşlı qıza qarşı cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər edilməsi ilə bağlı istintaq araşdırması aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!