“Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar” - Həyat yoldaşı

saytların hazırlanması

Evə çatdırılma

“Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar” - Həyat yoldaşı

Şou

22 Noyabr 2022 19:53 2077


Bu gün mərhum Xalq artisti Yaşar Nurinin anım günüdür.

Yenisabah.az xəbər verir ki, aktyorun həyat yoldaşı Rəhimə xanım "Səhər mərkəzi" proqramına müsahibə verib. O, Y.Nurinin oğurlanan əşyalarından bəhs edib:

"O, dünyasını dəyişəndə yarımçıq qalan bağ evimiz var idi. Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi olub. Onun əşyalarının bir neçəsi oğurlanıb. Elə biliblər qızıldır, götürüblər. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram". Toyuqlu pizza

Yaşar Nurinin dünyasını dəyişdiyi günü xatırlayan Rəhimə xanım "Bizi çağırdılar, getdim ki, həkim ağlayır. Dedim ki, onu girib elə görə bilmərəm, Yaşar həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün" sözlərini əlavə edib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!