“Yaşıl Marafon” çərçivəsində bir gündə 18 574 ədəd ağac əkildi

saytların hazırlanması

Evə çatdırılma

“Yaşıl Marafon” çərçivəsində bir gündə 18 574 ədəd ağac əkildi

Sosial

03 Noyabr 2021 17:58 633


Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş təşəbbüslərə Azərbaycan genişmiqyaslı ağacəkmə tədbirləri ilə dəstək verib. 

Yenisabah.az xəbər verir ki, bir gün ərzində ölkə ərazisində ümumilikdə 18 574 ədəd müxtəlif cinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 1,5 hektar  sahədə toxum səpilib.

Bunu ETSN-in Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib. Pepperoni pizza

O qeyd edib ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu gün Nazirliyin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə Ağstafa, Xaçmaz, Siyəzən, Gədəbəy, Tərtər, Şamaxı, İsmayıllı, Sabirabad, İmişli, Göygöl rayonlarında və Bakı şəhəri Xocasən gölü ətrafında ağac əkini həyata keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!