Yataqxanadakı yanğın haqda rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yataqxanadakı yanğın haqda rəsmi açıqlama

Kriminal

01 Fevral 2019 04:06 1051


FHN məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın haqda açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, açıqlamada Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan ikiotaqlı mənzildə ev əşyaları 10 m² sahədə yandığı, yüksək temperaturdan 2 ədəd məişət avadanlığının əridiyi bildirilir.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!