Yaxın günlərdə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq
24 Mart 2020 20:26
169

Yaxın günlərdə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq

"Martın sonunadək, Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq". 

Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: “Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəniləcək”. 

İ.Məmmədov əlavə edib ki, paralel olaraq idxal və depolarda ehtiyatlar da var.

Oxşar xəbərlər