“Yaxşı qadın ərini el içində pərt etmədən xəyanətini bağışlayır“ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşı qadın ərini el içində pərt etmədən xəyanətini bağışlayır“ - VİDEO

Şou

23 İyun 2022 17:18 1401


Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında kişi xəyanətini müzakirə ediblər.

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, xanəndə yaxşı həyat yoldaşının xəyanətini qadının bağışlamasından danışıb:

"Xanım bilir ki, həyat yoldaşı bu cür insan deyil. Hər zaman ailəsinə bağlı, yoldaşına sadiqdir. Necə oldu onu yolundan azdırdılar? Onu arayıb, araşdırıb, qoruyub... Ailəsinin xətrinə yaxşı həyat yoldaşını qoruyur. Bunu el içində pərt etmədən, məsələni ictimailəşdirmədən edər. Yaxşı həyat yoldaşını qadın qoruyar". pizza mizza

D.Əliyeva isə onun dediklərinə "Bağışlanmaq üçün belə yaxşı və ideal həyat yoldaşı olmalısan. Səhvin olsa belə sən nə qədər yaxşı həyat yoldaşı olmalısan ki, qadın səni bağışlasın. Deməli bağışlanan kişilər yaxşı həyat yoldaşıdır" reaksiyasını verib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!