“Yazırlar ki, yarası ağırdır...” - Fazil Mustafanın qardaşı danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Yazırlar ki, yarası ağırdır...” - Fazil Mustafanın qardaşı danışdı

Maraqlı

31 Mart 2023 10:15 961


“Səhər görüntülü danışmışam, şükür yaxşıdır. Ayağındakı yara artıq sağalıb, ayağa qalxıb yeriyir”. 

Bu sözləri Oxu.Az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib. 

O bildirib ki, həkimlər qardaşının reabilitasiya prosesinin yaxşı getdiyini qeyd edirlər:  pizza hut

“Bəziləri yazırlar ki, yarası ağırdır, vəziyyəti çətindir. Amma elə deyil. Biz heç nəyi gizlətmirik. Qardaşımın vəziyyəti yaxşıdır, Allaha şükür. Həkimlərimiz də əllərindən gələni edirlər. Ayağının yarası artıq sağalıb, çiynindəki yara da sağalacaq. Reabilitasiya prosesi tam yekunlaşdıqdan sonra hər şey yaxşı olacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!