Fastfud məhsulları adətən yüksək yağ və kalori tərkibi ilə tanınsa da, mütəxəssislər onların tərkibindəki gizli şəkərlərin də sağlamlıq üçün ciddi təhlükə yaratdığını bildiriblər.
“Yeni Sabah” xəbər verir ki, burger sousları, ketçup, mayonez, qazlı içkilər, hətta bəzi kartof qızartmalarında əlavə şəkərdən istifadə olunur.
Bu isə qanda şəkərin səviyyəsinin qısa müddətdə yüksəlməsinə, daha sonra isə yenidən aclıq hissinin yaranmasına səbəb ola bilər. pizza mizza
Fastfud məhsullarının tərkibindəki əlavə şəkərin qəbulu uzunmüddətli perspektivdə sağlamlıq üçün müxtəlif risklər yarada bilər. Bu səbəbdən mütəxəssislər gündəlik qidalanmada fastfuddan mümkün qədər az istifadə etməyi tövsiyə edirlər.
Şəkər qəbulunu azaltmaq üçün souslardan minimum istifadə etmək, qazlı içkiləri su ilə əvəz etmək, fastfud istehlakını məhdudlaşdırmaq və evdə hazırlanmış sağlam qidalara üstünlük vermək məsləhət görülür.
Aytac Əliyeva
Telegram kanalımız