ABŞ-də yəhudi icmasının təhlükəsizliyinə çəkilən xərclər tarixdə ilk dəfə 1 milyard dolları ötüb.
“Yeni Sabah” xəbər verir ki, Şimali Amerika Yəhudi Federasiyalarının hesabatına görə, sinaqoqların, məktəblərin və icma mərkəzlərinin qorunması üçün ildə təxminən 1 milyard 20 milyon dollar xərclənir.
Bu məbləğ cəmi iki il əvvəlki göstəricidən 33 faiz çoxdur. Xərclərin böyük hissəsi silahlı mühafizəçilərin saxlanmasına yönəldilir. Təxminən 150 milyon dollar isə binaların təhlükəsizliyinin gücləndirilməsinə sərf olunur. Bu məqsədlə möhkəmləndirilmiş polad qapılar və müşahidə kameraları quraşdırılır. Pepperoni pizza
Bundan başqa, minlərlə restoran və digər müəssisənin təhlükəsizlik xərcləri bu hesablamaya daxil edilməyib.
Şimali Amerika Yəhudi Federasiyalarının baş icraçı direktoru Erik Finselxut bildirib ki, təhlükəsizlik əməkdaşlarına və kameralara xərclənən hər dollar təhsil və sosial xidmətlər üçün ayrılan vəsaitin azalması deməkdir.
Yəhudi təşkilatlarının təhlükəsizlik üçün öz hesabına xərclədiyi 1 milyard dollarlıq vəsait ABŞ federal hökumətinin ölkə üzrə riskli qurumlara ayırdığı yardım fondunun təxminən 3 mislinə bərabərdir. Dövlət dəstəyinin kifayət etməməsi səbəbindən 7 mindən çox könüllü hər həftə sinaqoqların qarşısında növbə çəkir.
Məlumatlara görə, ümumi nifrət cinayətlərinin sayında azalma olsa da, yəhudilərə qarşı fiziki hücumlar son 46 ilin ən yüksək səviyyəsinə çatıb. Mütəxəssislər hesab edir ki, bu vəziyyət yəhudi qurumlarında təhlükəsizlik tədbirlərinin daha da artırılmasına səbəb olacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız