Nadir Qafarzadə bu gün yerli mediada yayılan 14 yaşlı qızın ana olma məsələsinə münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, müğənni bu məsələlərdə əsas günahı valideyinlərdə görüb:
“Demokratiyanı və azadlığı ayaq-baş anlayan cahil, avam bəzi “insancıq”lar, bir az telefondan, serialdan, sosial şəbəkələrdən övladınıza vaxt ayırın. Bu uşaqların hər bir hərəkətinə görə vaxt gələcək cavab verəcəksiniz. 12-13 yaşında qız uşağı valideyn məsuliyyətsizliyi ucbatından məhv olur. Günahlar yenə valideyndədir. O qızın kitab-dəftərlə məşğul olan vaxtıdır, uşaq doğmaq yox. Sözüm bir neçə manata qızını satan bəzi valideynlərədir. Cibinizə pul gəlsin deyə, qızlarınızı bədbəxt etməyin. Günahdır, Allah bizi özümüzə qaytarar. Bəziləri üçün qeyrət “qeyri-ət”, mədəniyyət isə “mədə niyyəti” olub”. Pepperoni pizza
Müğənninin bu paylaşımına izləyicilərindən maraqlı reaksiyalar gəlib. İzləyicilərdən birinin bu məsələdə kişilərin günahkar olmasını yazması Nadiri özündən çıxarıb. O, bu fikirlə qəti razı olmadığını yazıb: "Yenə kişilər günahkar oldu? Bəs xarici ölkələrdə, otellərdə, saunalarda, küçələrdə özlərini satan bəzi küçə qadınlarının hansı günahlarını deyə bilərsiniz? Bəlkə mələkdirlər? Heç kim, heç kimi heç nəyə məcbur etmir. Satılan malın alıcısı çox olar".
Telegram kanalımız