Yenə o biri dünyanı gördüm - Zəhərlənmiş Aysel

saytların hazırlanması

Evə çatdırılma

Yenə o biri dünyanı gördüm - Zəhərlənmiş Aysel

Şou

18 İyun 2026 16:47 268


Xəstəxanaya yerləşdirilən influenser Aysel Şükürün vəziyyəti nisbətən yaxşılaşıb.

"Yeni Sabah" xəbər verir ki, o, "Instagram"da paylaşım və zəhərlənmə səbəbini izah edib:

“Yazıb maraqlanan hər kəsə təşəkkür edirəm. Hələ tam özümə gəlməmişəm. Gecəni xəstəxanada keçirmişəm. Çox pis zəhərlənmişəm. Mağazadan küncütlü çubuq almışdım. Yeyəndə hiss etdim ki, nəsə dadı fərqlidir. Hətta soruşdum ki, bunun vaxtı keçib? Elə bil hava keçmişdi, nəm idi dadı. pizza mizza

Dedilər ki, yoxdu, mən də yedim. Səhərə yaxın yerimdən durub qaytarmağa başladım. Ondan sonra olanlar oldu. Qızdırmam 39 idi. Yenə o biri dünyanı gördüm, qayıtdım. Tam özümə gəlməmişəm, amma indi bir az yaxşıyam”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!