“Yeni Baş prokuror korrupsiyaya qarşı ciddi mübarizə aparacaq” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Yeni Baş prokuror korrupsiyaya qarşı ciddi mübarizə aparacaq” - Deputat

Siyasət

02 May 2020 15:23 1009


“Hazırda Azərbaycanda gedən islahatlar hüquq-mühafizə orqanlarında da köklü islahatlara ehtiyac yaradır”.

Bu sözləri Yenisabah.az-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Baş prokuror Zakir Qaralovun əvəzlənməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə, hüququn aliliyini bərqərar etmək çətin prosesdir və bununla peşəkar, vətənpərvər hüquqşünaslar məşğul olmalıdır. Dördpendirli pizza

“Korrupsiyaya qarşı mübarizədə böyük təcrübəyə malik olan yeni Baş prokuror Kamran Əliyev əminəm ki, bu istiqamətdə çox ciddi fəaliyyət göstərəcək. Azərbaycanda korrupsiya həm də özəl iqtisadiyyatın qarşısını alan ciddi bir maneədir və ölkənin iqtisadiyyatı şaxələnirsə, bu istiqamətdə məmur özbaşınalığının, rüşvətxorluğun qarşısı alınmalı, bu kimi hallarla ciddi mübarizə aparılmalıdır. Ümidvaram ki, yeni təyinatla bu istiqamətdə davamlı olaraq ciddi addımlar atılacaq”, -deyə deputat vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!