Yeni Baş prokurordan ilk açıqlama: “Onlara qarşı barışmaz mövqe nümayiş etdirəcəm“

saytların hazırlanması

Evə çatdırılma

Yeni Baş prokurordan ilk açıqlama: “Onlara qarşı barışmaz mövqe nümayiş etdirəcəm“

Siyasət

01 May 2020 19:21 1412


"Ölkə başçısının müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəm".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının yeni Baş prokuroru Kamran Əliyev bu gün kollektivə təqdim olunan zaman deyib.

Kamran Əliyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Dördpendirli pizza

Yeni Baş prokuror əminliyini bildirib ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!