Yeni doğulan uşaqlarla bağlı VACİB QƏRAR -   TƏBİB

saytların hazırlanması

Evə çatdırılma

Yeni doğulan uşaqlarla bağlı VACİB QƏRAR - TƏBİB

Sağlamlıq

27 Avqust 2026 12:11 129


Yeni doğulan körpələrə peyvəndlərin valideyn razılığı olmadan vurulub-vurula bilməməsi məsələsi yenidən gündəmə gəlib. Bəs tibb müəssisəsində valideynə əvvəlcədən məlumat verilmədən peyvənd tətbiq edilərsə, bu, qanun pozuntusu sayılırmı?

"Yeni Sabah" məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənib.

Qurumdan "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirib ki, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, vətəndaşların profilaktik peyvəndlərin zəruriliyi, onlardan imtinanın nəticələri və mümkün postvaksinal fəsadlar barədə tibb işçilərindən tam və obyektiv məlumat almaq hüququ var. Dördpendirli pizza

Qanunun 6-cı maddəsinə əsasən isə profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir.

Beləliklə, TƏBİB-in açıqlamasına görə, valideyn əvvəlcədən məlumatlandırılmadan və onun razılığı alınmadan uşağa profilaktik peyvənd vurulması qanunauyğun hesab olunmur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!