Yeni icra başçısı deputatın bacısı oğludur

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısı deputatın bacısı oğludur

Siyasət

21 May 2020 13:30 4299


Ağstafaya təyin olunan yeni icra başçısı Seymur Orucov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədridir.

Yenisabah.az xəbər verir ki, o bu gün ölkə başçısının sərəncamı ilə bu posta təyinat alıb. Seymur Orucov həm də keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin bacısı oğludur.

Bu gün həmçinin İmişliyə icra başçısı təyin edilib. Bu rayonun yeni icra başçısı Elçin Adil oğlu Rzayev bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində icra başçısının birinci müavini postunu tutub. Dominos pizza

Xatırladaq ki, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev və İmişlinin sabiq rəhbəri Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!