Yeni icra başçısından möhtəşəm start: 15 ildir bağlı olan yolu açdı

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısından möhtəşəm start: 15 ildir bağlı olan yolu açdı

Siyasət

01 Noyabr 2019 13:37 2956


Yevlax şəhərinə təyinat alan yeni icra başçısı Anar Tağıyev uzun illərdir ki, bağlı qalan avtomobil yolunu açıb.

"Yeni Sabah"ın Oxu.Az-a istinadən bildirir ki, ötən gün dövlət başçısının sərəncamına əsasən, Yevlax şəhərinə təyin edilən icra hakimiyyətinin başçısı Anar Tağıyev yeni işinə başlayıb. 

Yeni icra başçısının ilk tapşırığı şəhər İcra Hakimiyyəti binasının qarşısından keçən avtomobil yolunun açılması olub. Artıq yol açılaraq sakinlərin istifadəsinə verilib. Həmin yolda avtomobillərin hərəkəti bərpa edilib.  pizza mizza

Qeyd edək ki, Heydər Əliyev prospektindən keçən yol şəhərin köhnə rəhbər şəxsləri tərəfindən 15 ildən çoxdur ki, bağlıdır. Bu yolun bağlı olması şəhərdə maşınların hərəkətində də müəyyən çətinliklər yaradırdı.

Xatırladaq ki, Yevlaxın əvvəlki icra başçısı Qoca Səmədov olub. O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!