Yeni il gecəsi bu avtobuslar səhərə qədər işləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Yeni il gecəsi bu avtobuslar səhərə qədər işləyəcək

Sosial

30 Dekabr 2019 14:36 1835


Yeni il gecəsi Bakıdan Sumqayıt şəhərinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə işləyən avtobuslar səhərə qədər hərəkətdə olacaqlar. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı marşrut xətlərinin hər birinə aid 1 avtobus sərnişinlərə xidmət edəcək. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!