Yeni müharibə və Pezeşkiana sui-qəsd: “Trampın şəxsi nüfuzuna təsir göstərəcək”

saytların hazırlanması

Evə çatdırılma

Yeni müharibə və Pezeşkiana sui-qəsd: “Trampın şəxsi nüfuzuna təsir göstərəcək”

Siyasət

08 İyul 2026 12:18 196


İran Xarici İşlər Nazirliyi bildirib ki, Vaşinqtonun İrana hücumları və İran neftinin satışına icazənin ləğvi ABŞ ilə anlaşma memorandumunu təsirsiz hala gətirir.

“Düşünürəm ki, ABŞ və İran arasında razılaşma əldə olunsa belə gərginlik davam edəcək. Faktiki olaraq, tərəflər idarəolunan gərginlik fazasındadır”.

Bu sözləri son gərginlik “Yeni Sabah”a politoloq Oqtay Qasımov bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, Vaşinqon İrana qarşı hər hansı genişmiqyaslı hərbi əməliyyat planlaşdırmır:

“Yəni hər iki tərəf bu və ya digər amillərdən istifadə edərək atəşkəsi pozur. Amma bütün hallarda nə İran, nə də ABŞ genişmiqyaslı eskalasiyada maraqlı deyil.

CENTCOM-un yaydığı məlumatdan da aydın olur ki, onlar Hörmüz boğazında gəmilərin keçidi ilə bağlı İranın atdığı addımlara cavab olaraq, zərbələr endirib. Zaman-zaman bu kimi hallar təkrarlanacaq. Amma bütün hallarda belə bu, atəşkəs rejiminin tam pozulması mənasına gəlmir”.

Siyasi şərhçi əlavə edib ki, hərbi toqquşma Ağ Evin maraqlarına uyğun deyil:

“Hazırki şəraitdə Tramp adminstrasiyasına bu lazım deyil. Noyabrda aralıq seçkiləri keçiriləcək. Seçki ərəfəsində İranla müharibə Trampa qətiyyən lazım deyil. İstənilən hərbi qarşıdurma enerji bazarında yenidən qiymət sıçrayışı və dalğalanmaya gətirib çıxara bilər, nəticədə ABŞ seçicisi prosesdən təsirlənəcək. Ona görə də düşünürəm ki, idarəolunan gərginlik fazası davam edəcək və paralel şəkildə qarşılıqlı dialoq aparılacaq”.

O.Qasımov qeyd edib ki, hücumların İranda davam edən matəm mərasimlərinə təsadüf etməsi və bu əsnada rəsmi şəxslərə hər hansı sui-qəsd əməliyyatı inandırıcı görünmür:

“Vaşinqton Tel-Əvivə də bu imkanı yaratmayacaq. Belə bir cəhd, ilk növbədə, Trampın şəxsi və ümumən ABŞ-nin nüfuzuna mənfi təsir göstərəcək”.

Xatırlatma: ötən günABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirib. Əməliyyat İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

Buna cavab olaraq İran Bəhreyndəki ABŞ bazalarını hədəfə alıb.

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: Hərbi əməliyyatların dayandırılması haqqında memorandumun əsas və fundamental müddəalarını təsirsiz hala gətirib”.

Sənəddə ABŞ-ın hərəkətlərinin BMT Nizamnaməsini də pozduğu qeyd olunub.

Bəyanatda vurğulanır ki, gərginliyin bu dərəcədə artmasının təhlükəli nəticələrinə görə məsuliyyət öhdəliklərini yerinə yetirməyən ABŞ hökumətinin üzərinə düşür.

Bundan əlavə, İran XİN bütün dövlətləri, xüsusən də Fars körfəzinin cənub sahilində yerləşən qonşu ölkələr istisna olmaqla, təcavüzkar tərəflərin öz ərazilərindən və obyektlərindən İrana qarşı hərəkətlər törətmək üçün istifadə etməsinin qarşısını almağa çağırıb.

Bundan əlavə, İran Prezidenti Məsud Pezeşkian və bir sıra digər rəsmi şəxs hazırda İraqda keçirilən Ayətullah Xamenei ilə vida mərasimində iştirak edir. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!