Ermənistanın yeni təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan məktəblərdə hər cür hərbi-vətənpərvərlik dərslərinin və maarifləndirici tədbirlərin keçirilməsini qadağan edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Erməni nəşri qeyd edib ki, yeni nazir bütün məktəblərin hərbiləşmədən çəkinmələri barədə göstəriş verib.
"Sadə dillə desək, bu, “Komandos” Hərbi İdman Klubu, “Zarq” proqramı, “Pokr Mqer” və digər hərbi qurumlarla əməkdaşlıqdan imtina etmək deməkdir. Bildiyimiz kimi, Janna Andreasyan hələ nazir müavini olarkən həmin sirkulyar imzalayıb.
Nə baş verir? Daha doğrusu, məktəblərdə “Əsas Hərbi Hazırlıq” (BMP) fənnindən əlavə, məktəblilər digər hərbi-vətənpərvərlik proqram və kurslarında iştirak edə bilməyəcəklər”, – deyə "Joqovurd" yazıb.
Telegram kanalımız