Yeni ofislə təmin olunan partiya sədri:   “Burada qiymət xeyli aşağıdır”

saytların hazırlanması

Evə çatdırılma

Yeni ofislə təmin olunan partiya sədri: “Burada qiymət xeyli aşağıdır”

Sosial

18 Dekabr 2020 11:57 834


Ölkə başçısının tapşırığına əsasən, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur. Yeni ofislə təmin olunan siyasi təşkilatlardan biri də Ana Vətən Partiyasıdır.

AVP sədri, Milli Məclisin deputat Fəzail Ağamalı bu barədə təəssüratlarını Yenisabah.az-la bölüşüb. O qeyd edib ki, bu addım son vaxtlar ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara diqqətin ifadəsidir:

“Təbii ki, siyasi partiyaların cəmiyyətimizdə fəaliyyətini qurmaq üçün ona əlverişli iş şəraiti yaradılmalıdır. Bu baxımdan partiyalara ofisin verilməsi çox yaxşı haldır, bunu müsbət qiymətləndirirəm. Ölkə prezidentinin son illər həyata keçirdiyi islahatlarda cəmiyyətimizdə yeni siyasi konfiqurasiyanın yaradılmasına xüsusi diqqət və əhəmiyyət verilir. Bununla bağlı Prezident Administrasiyasında xüsusi şöbə də yaradılıb. Oraya hər birimizin tanıdığı, hörmət etdiyi Ədalət Vəliyev rəhbərlik edir. O, həqiqətən, bu işləri yüksək səviyyədə qura bilir. Partiyalarla iqtidar arasındakı körpü rolunu icra edir. Ölkə prezidentinin bu baxımdan qarşıya qoyduğu vəzifələr uğurla həyata keçirilir”. pizza hut

Həmsöhbətimiz bildirib ki, bundan əvvəl dövlət mülkiyyətində olan ofisə sahib olmayan siyasi partiyalar ayrı-ayrı yerlərdə ofis kirayələmək məcburiyyətində qalırdılar:

“İndi isə bu yolda mühüm addım atılır. Gələcəkdə biz çalışacağıq ofisimizdə elə fəaliyyət göstərək ki, partiyanın bütün strukturlarına normal şəraitdə işgörmə imkanları yaransın. Düşünürəm ki, bu, yaxın gələcəkdə öz həllini tapacaq. Çünki Ana Vətən Partiyası Azərbaycanda 1990-cı ildə yaradılan və bu günədək dövlətçilik mövqeyində duraraq fəaliyyət göstərən bir partiyadır. Partiyamızın 55 rayon və şəhər təşkilatı var, strukturlaşıb. Hazırda partiyanın mərkəzi aparatında 16 nəfər öz işini həyata keçirir. Fəaliyyətimiz də təbii ki, göz önündədir.  Hər şeyi görmək üçün ölkə mətbuatını və sosial şəbəkələri izləmək kifayətdir”.

Fəzail Ağamalı yeni ofisin Lider TV-nin binasında olduğunu diqqətə çatdırıb:

“Partiyalar oraya icarə haqqı verəcək, sadəcə bu məbləğ daha ucuzdur. Çünki Dövlət Əmlak Komitəsinin xətti ilə müəyyən icarə haqqı verirsən. Burada qiymət xeyli aşağıdır”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!