Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqləndi

Sosial

04 May 2024 11:06 274


Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Qaydalar “Təhsil haqqında” qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsili pillələrində yeni təhsil proqramlarının (ixtisasların) açılması məsələlərini tənzimləyir. pizza hut

Yeni təhsil proqramının (ixtisasların) açılması təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların təsnifatına (bundan sonra təsnifat) yeni ixtisasın əlavə olunmasına, təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində (bundan sonra-təhsil müəssisəsi) ilk dəfə tədrisə başlanılmasına, təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə və təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə şamil edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!