Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan icazə istəyir
26 Yan 2021 10:32
370

Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan icazə istəyir

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır.

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir.

Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi Yerevan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib.

Modern.az xatırladır ki, bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini bildirmişdilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər