“Yeri boş qalmasın deyə...“ - Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Yeri boş qalmasın deyə...“ - Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması ilə bağlı açıqlama

Şou

11 Mart 2020 23:38 2453


Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu "Ona qalsa" proqramından uzaqlaşdırılıb.

"Yeni Sabah" xəbər verir ki, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib: Pepperoni pizza

"Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək".

N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.

S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.

Qeyd edək ki, "Ona qalsa" verilişi mövsümün ortasında "Üç əlli" proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!