“Yunan əlifbasında hərf bitəndə koronavirus da bitəcəkmi?” – Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Yunan əlifbasında hərf bitəndə koronavirus da bitəcəkmi?” – Ekspert

Sosial

11 Avqust 2021 10:23 896


“Keçən ilin avqust ayında SMS-lə evdən çıxmaq ləğv olundu, bir çox yumşalmalara gedildi. Lakin 2020-ci il avqustun 10-da cəmi 79 yeni yoluxma faktı qeydə alınmışdı, 2 nəfər vəfat etmişdi. Həmin dövrdə ölkədə vaksin vurulan heç kim yox idi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“2021-ci il avqustun 10-da isə 1.736 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər vəfat edib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5.478.042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3.200.107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2.277.935 təşkil edir. Axı bunun izahı olmalıdır, ya yox?! Yaxşı, deyirdilər ki, vaksin yoluxmanı yox, ağır xəstə və ölüm sayını azaldır, o zaman necə olur ki, 3 mln. 200 min nəfərə ən azı 1 doz vaksin vurulub, 2 mln. 300 minə yaxın isə hər iki doz vaksin alıb, amma keçən ilin eyni gününə görə yoluxma sayı 22 dəfə, ölüm sayı isə 6 dəfə artıb? Bunu izah edən mütəxəssis, dövlət qurumu olmalıdır, insanların məntiqi ilə bu qədər oynamaq olmaz! ÜST də deyir ki, indi də “Lyambda” ştamı gəlir, yaxşı, yunan əlifbasında hərf bitəndən sonra nə olacaq?” – deyə Natiq Cəfərli əlavə edib. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!