Yunanıstan Seda Sayanı da “oğurladı” - Vitrində görənlər şoka düşdü

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstan Seda Sayanı da “oğurladı” - Vitrində görənlər şoka düşdü

Şou

10 Avqust 2026 21:34 80


Yunanıstanın Samos adasına istirahətə gedən Türkiyə vətəndaşı küçədə gəzərkən kosmetika mağazasının vitrinində gördüyü afişa qarşısında təəccüblənib.

“Yeni Sabah” xəbər verir ki, turist mağazanın vitrinində məşhur müğənni Seda Sayana əkizi qədər bənzəyən qadının şəklini görüb. O, həmin anları mobil telefonunun kamerası ilə lentə alıb.

Videonu çəkən qadın görüntülərdə Seda Sayana müraciət edərək deyib: pizza hut

“Əziz Seda bacı, Yunanıstandayıq, Samos adasına gəlmişik. Vitrində səni gördüyümü zənn etdim, amma sən deyilsənmiş. Səni də oğurlayıblar, ay bacı! Zarafat bir yana, sənə eyni dərəcədə bənzəmir?”

Qısa müddətdə sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.  Görüntülərin yayılmasından sonra şəkildəki şəxsin kimliyi də müəyyənləşib.

Məlum olub ki, fotodakı qadın Yunanıstanın tanınmış aparıcısı və aktrisası Katerina Kainurqiudur. Afişanın isə onun əməkdaşlıq etdiyi kosmetika markasına aid olduğu bildirilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!