Yunanıstanda qatar toqquşması zamanı həlak olanların sayı 26-ya çatıb

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstanda qatar toqquşması zamanı həlak olanların sayı 26-ya çatıb

Dünya

01 Mart 2023 07:17 575


Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.

Bu barədə ERT NEWS xəbər kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vassilis Vatrakoyannis bildirib.

Onun sözlərinə görə, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26-ya çatıb, 85 nəfər xəsarət alıb. Sezar pizza

"Təsdiq olunmuş məlumata görə, hazırda 26 nəfərin cəsədi çıxarılıb. Ən azı 85 nəfər xəsarət alıb, onlar xəstəxanalara çatdırılıblar. Hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub", - deyə qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!