Yusif Mustafayev coşdu: O zaman məndə nə qeyrət olar?!

saytların hazırlanması

Evə çatdırılma

Yusif Mustafayev coşdu: O zaman məndə nə qeyrət olar?!

Şou

21 May 2025 14:13 445


Əməkdar artist Yusif Mustafayev musiqi aləminə ehtiyac ucbatından gəldiyini deyib. 

Yenisabah.az xəbər verir ki, müğənni 10 uşalı evdə böyüdüyünü deyib:

"Atam sürücü olub, anam evdar qadın. Çox çətin yaşamışıq. Qarşıma məqsəd qoydum ki, ailəmi Allahın izni ilə yüksəldəcəyəm. Ağıllı oldum. Çox danışmaq istəmirəm, övladlarım əleyhinədir, hərəsinin öz çevrəsi var. Ancaq onlara dedim ki, TV-nin sayəsində özümün və ailəmin hər işini düzəltmişəm. Dominos pizza

Bəziləri evlərini çəkdirirlər. Mənim bir evim var. 10 bacı-qardaşıq, mən "Qalenvagen" sürüm, qardaşım, bacım, övladım kirayə qalsın?! O zaman məndə nə qeyrət olar?!

Deyirlər ki, Amerikaya getdim, 50 min xərclədim. Nə işim var orada?! Kasıb balasıyam, qəpiyimin qədrini bilməliyəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!