“Yuventus“a pis xəbər: İtaliya A seriyasından kənarlaşdırıla bilər
10 May 2021 19:29
1350

“Yuventus“a pis xəbər: İtaliya A seriyasından kənarlaşdırıla bilər

"Yuventus" İtaliya A seriyasından kənarlaşdırıla bilər.

Yenisabaha.z xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının prezidenti Qabriele Qravina məlumat verib. O bildirib ki, Turin təmsilçisi Avropa Superliqasından imtina etməsə, ölkə çempionatından xaric edilə bilər: "Qaydalar eynidir. Növbəti mövsümün əvvəlində "Yuventus" hələ də Superliqada qalsa, ölkə çempionatına başlaya bilməz. Azarkeşlərdən üzr istəyirəm, amma qayda qaydadır və hər kəs buna riayət etməlidir. Ümid edirəm ki, bu problem həll olunacaq".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər