“Yuxarı Lars” yolu bağlandı: Ermənistan çıxılmaz durumda

saytların hazırlanması

Evə çatdırılma

“Yuxarı Lars” yolu bağlandı: Ermənistan çıxılmaz durumda

Dünya

08 Yanvar 2023 07:23 1352


“Yuxarı Lars” keçid məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol qar və qar fırtınası səbəbindən yük maşınlarının üzünə bağlanıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, bu barədə şənbə günü Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb. Bununla da Ermənistan növbəti dəfə çıxılmaz durumla üzləşib.

Bildirilir ki, yük maşınlarının gediş-gəlişi mümkün olmasa da, digət növ nəqliyyat vasitələri üçün hərəkətə icazə verilir. Sezar pizza

Xatırladaq ki, Gürcüstan Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun ən çox uçquna məruz qalan hissəsinin (Qudauri-Kobi) dolama yolunu tikir. Söhbət Xaç keçidinin altından 9 kilometrlik tuneldən gedir.

Uzunluğu 22,7 kilometr olan yolun, həmçinin 6 körpünün və 5 tunelin tikintisi planlaşdırılır. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!