Paytaxtın Zabrat qəsəbəsinin sakini Rəsmi Abdullayev “Azərsu”dan şikayətçidir.
“Yeni Sabah”a müraciət edərək o, qəsəbədəki əsas magistrala yeganə alternativ yolda su borusunun partlaması və yolun yararsız hala gəldiyini bildirib.
R.Abdullayevin sözlərinə görə, sakinlərin şikayətlə bağlı “Azərsu”ya müraciət olunsa da, şikayət təmin olunmayıb: Toyuqlu pizza
“General Xavər Əliyev adına küçədə yaşayırıq. Bu küçə Zabratın yeganə alternativ yoludur. Əgər magistral yolda problem yaranarsa, sadəcə bu yol istifadə olunur. Sentyabrın 6-da yağan yağışdan sonra “Azərsu”nun su xətti partlayıb. Müraciət etdik, şirkətin işçiləri dedilər, texnika yoxdur.
İcra Hakimiyyətinə və "Azəryol"a müraciət etmişik. Bütün sakinlər şikayətçidir. İllərdir əziyyət çəkirik. Artıq magistral yolu bağlayaraq piket keçirmək istəyirik”.
Müraciətlə bağlı “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı “Yeni Sabah”ın sorğusuna cavab olaraq məsələnin nəzarətə alındığını və problemin tezliklə həll olunacağını bildirib.
Telegram kanalımız