Zakir Həsənov Selçuk Bayraktar ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Selçuk Bayraktar ilə görüşdü

Siyasət

08 Mart 2024 18:25 735


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. pizza mizza

Sonda tərəflər arasında birgə tədqiqat, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!